Gürcüstan Rusiya ilə quru sərhədlərini niyə açdı? – SƏBƏB bəlli oldu

Hazırda oxunan: Gürcüstan Rusiya ilə quru sərhədlərini niyə açdı? – SƏBƏB bəlli oldu

75502

“Quru sərhədinin açılması ilk növbədə Gürcüstanın taxıl probleminin həllinə xidmət edir”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Tiflisin Rusiya ilə quru sərhədlərinin belə tez açılmasına razılıq verməsi səbəblərindən danışarkən deyib:

Quru sərhədlərinin açılması artıq bir çox ölkələr tərəfindən həyata keçirilir. Hansı ki, bu addımın atılması, həm iqtisadi canlanmaya, həm də turizm canlanmasına səbəb olan amillərdən biridir. 
Digər tərəfdən, Gürcüstanda taxılla bağlı ciddi problemlər yaşanır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda quru sərhədlər nə vaxt açılacaq? - VİDEO


Bəzi ekspertlərin söylədiyinə görə, bu ölkənin cəmi bir neçə həftəlik taxıl ehtiyatı qalıb. Gürcüstana taxılın əsas tədarükçüsü Rusiya idi. Bu mənada quru sərhədlərin açılması həmin problemin həllinə xidmət edən amillərdən biridir. Amma bu da yetərli deyil. Yükdaşımalarda zatən elə də problem olmayıb.

Burada əsas problem odur ki, Rusiya taxıl ixracının yalnız Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcəyini açıqlayıb. Əvvəllər açıq bazar idi. Kim istəsə alıb götürə bilərdi.

Lakin indi bu proses Nazirlər Kabinetinin xüsusi icazəsilə olacaq. Danışıqlar fonunda Tiflis belə bir icazəni ala bilsə, bu halda qonşu ölkə Rusiyadan əlavə taxıl ehtiyatları ala bilər. Azərbaycan da məhs həmin qaydada özünün taxıl ehtiyatını artıra bilər. Ona görə də Tiflis Rusiya ilə münasibətləri pozmadan taxıl ehtiyatlarını artırmağa çalışır. Rusiya ilə quru sərhədlərinin açılması da bu məqsədə xidmət edir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO