Aİ-yə üzvlüklə bağlı suala Paşinyandan gözlənilməz CAVAB

Aİ-yə üzvlüklə bağlı suala Paşinyandan gözlənilməz CAVAB

Hazırda oxunan: Aİ-yə üzvlüklə bağlı suala Paşinyandan gözlənilməz CAVAB

611278

Ermənistanın Baş naziri Nikol Paşinyana Avropa Şurasının Prezidenti Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iştirakı ilə keçirilən tədbirdə ölkəsinin Avrasiya İqtisadi İttifaqından çıxıb-çıxmayacağı ilə bağlı sual ünvanlanıb.

Bizim.Media xəbər verir ki, erməni mediasının məlumatına görə, Paşinyandan yenidən seçiləcəyi təqdirdə Ermənistanı Avrasiya İqtisadi İttifaqından çıxarmağa və Avropa İttifaqına üzvlük üçün müraciət etməyə hazır olub-olmadığı soruşulub.

Ermənistanın Baş naziri suala konkret cavab verməyib.

O, cavabında Ermənistanla Avropa İttifaqı arasında münasibətlərdə “böyük potensial” olduğunu bildirib və qarşıya qoyulan layihələrin həyata keçirilməsi üçün irəliyə doğru hərəkət etmək niyyətindən danışıb.

Paşinyan qeyd edib ki, Ermənistan-Aİ əməkdaşlığı müxtəlif istiqamətlər üzrə inkişaf edir və tərəflər mövcud gündəliyin reallaşdırılması üzərində çalışırlar.

Erməni mediası Baş nazirin cavabını “qeyri-müəyyən” cavab kimi qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO