“Araşdırmaq lazımdır ki, prezident Sarkisyanın varidatı haradadır” – ERMƏNİ DEPUTAT

Hazırda oxunan: “Araşdırmaq lazımdır ki, prezident Sarkisyanın varidatı haradadır” – ERMƏNİ DEPUTAT

56887

Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Xaçatur Sukiasyan hesab edir ki, prezident Armen Sarkisyanın istefası proqnozlaşdırıla bilərdi.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında bildirib.

“Prezident təsir mexanizmlərinin olmamasından danışır, amma o, vəzifəyə gələndə hansı konstitusiya səlahiyyətlərinə malik olacağını bilmirdimi? Dörd ildir ki, o, Konstitusiya ilə tanış olmayıb?” – deyə deputat bazar ertəsi parlamentdə keçirdiyi brifinqdə qeyd edib.

Bununla yanaşı, Sukiasyan əmin edib ki, prezidentə heç bir təzyiq olmayıb, o, könüllü istefa verib, Ermənistanın baş naziri Nikol Paşinyan isə ölkədə demokratik əsaslar yaradan şəxs kimi Sarkisyanı vəzifəsindən getməyə məcbur etməyib.

Hakimiyyətyönlü deputat istefanın səbəbini Sarkisyanın şəxsi keyfiyyətlərində görür. Sukiasyanın nöqteyi-nəzərindən prezident vətənpərvərliyi və mehribanlığı ilə seçilmir.

“İnsan haqqında çox şey anlamaq üçün onun varidatının paytaxtının harada yerləşdiyini öyrənmək lazımdır. Əgər erməni öz kapitalının 90%-ni xaricdə saxlayırsa, o zaman onun ölkənin gələcəyinə nə qədər inandığı qənaətinə gəlmək olar”, - deyə siyasətçi bildirib.

Bundan başqa, iqtidaryönlü deputatın fikrincə, prezidentin xaricə səfərləri ilə bağlı xərclərini öyrənmək lazımdır:

“Bu səfərlərin ölkəyə nə faydası olub?”.

Prezidentin ölkəyə yaxınlaşan xarici təhdidlər, eləcə də Ermənistan üçün əlverişsiz sənədin imzalanması ehtimalı səbəbindən istefaya getməsi ilə bağlı versiyaya gəlincə, deputatın qeyd etdiyi kimi, Sarkisyan heç bir halda siyasi proseslərə qarışmayıb, bunun ona aidiyyatı olmayıb.

Xatırladaq ki, yanvarın 23-ü axşam saatlarında Ermənistan prezidenti Armen Sarkisyan istefa verdiyini açıqlayıb.
O, qərarını Ermənistanın daxili və xarici siyasətinə təsir alətlərinin olmaması ilə izah edib.

Prezident vurğulayıb ki, o, hər zaman konstitusiya islahatlarının tərəfdarı olub:

“Hökumət artıq konstitusiya islahatları ilə bağlı komissiya yaradıb, islahatlar prosesinə başlayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO