Qətl törədən Ermənistan vətəndaşı Minsk hava limanında saxlanıldı

Qətl törədən Ermənistan vətəndaşı Minsk hava limanında saxlanıldı

Hazırda oxunan: Qətl törədən Ermənistan vətəndaşı Minsk hava limanında saxlanıldı
55798
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qətldə təqsirləndirilən İrəvan sakini Minsk hava limanında saxlanılıb. Hazırda onun Ermənistana ekstradisiyası məsələsi həll edilir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi Belarus Dövlət Sərhəd Komitəsinin mətbuat xidmətinə istinadən yayıb. 

"Minsk hava limanında qətl törətməkdə təqsirləndirilən 24 yaşlı Ermənistan vətəndaşının şəxsiyyəti müəyyən edilib. O, öz vətənində cinayət təqibindən qaçıb. Dekabrın 29-da gənc Batumi-Minsk reysinin digər sərnişinləri ilə qeydiyyatdan keçib”. Qurumdan bildirilib.

İdarədən vurğulayıblar ki, sərhəd nəzarətində İrəvan sakini başqasının sənədini təqdim edib və buna görə də saxlanılıb.

Məlum olub ki, bu yolla o, Ermənistanda cinayətlərin törədilməsinə görə məsuliyyətdən yayınıb. Ona qarşı adam öldürmə, adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah əldə etmə və saxlama maddələri ilə ittiham irəli sürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO