Qadın cüdoçumuzdan “Böyük Dəbilqə” turnirində TARİXİ NƏTİCƏ

Qadın cüdoçumuzdan “Böyük Dəbilqə” turnirində TARİXİ NƏTİCƏ

Hazırda oxunan: Qadın cüdoçumuzdan “Böyük Dəbilqə” turnirində TARİXİ NƏTİCƏ
644981
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin üzvü Könül Əliyeva tarixi nəticəyə imza atıb.

Azərbaycan Cüdo Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçu bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub. Bununla Könül Əliyeva “Böyük Dəbilqə” yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.
 

Mübarizəyə 1/8 finaldan başlayan Əliyeva əvvəlcə Özbəkistan təmsilçisi Ulbusin Xakimovanı, 1/4 finalda niderlandlı Amber Gersyesi, yarımfinalda isə Fransa cüdoçusu Melani Lequ-Klemanı məğlub edib.


Həlledici görüşdə Türkiyə təmsilçisi Merve Azakla qarşılaşan Könül Əliyeva rəqibindən üstün olaraq qızıl medala sahib çıxıb. Bu, eyni zamanda Könül Əliyevanın böyüklər arasında Dünya Cüdo Turunda qazandığı ilk qızıl medaldır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO