"Lənkəranski"nin "qan düşməni"nə 13 il cəza İSTƏNİLDİ

"Lənkəranski"nin "qan düşməni"nə 13 il cəza İSTƏNİLDİ

Hazırda oxunan: "Lənkəranski"nin "qan düşməni"nə 13 il cəza İSTƏNİLDİ
644974
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Sverdlovsk vilayət məhkəməsində kriminal aləmdə “Giya Sverdlovski” ləqəbi ilə tanınan Georgi Akoyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, dövlət ittihamçısı onun 13 il xüsusi rejimli cəzaçəkmə müəssisəsində həbs olunmasını və 3 milyon rubldan çox cərimələnməsini istəyib.

Prokuror cəzanın ilk üç ilinin həbsxanada çəkilməsini tələb edib.

Akoyev cinayətkar iyerarxiyada ən yüksək mövqe tutmaqda ittiham olunur. Rusiya mediası onu Ural bölgəsinin sonuncu “qanuni oğru”su adlandırır.
 

İstintaqın məlumatına görə, Georgi Akoyev 2008-ci ilin noyabrında quldurluq cinayətinə görə həbsdə olarkən “qanuni oğru” adı alıb. Onun “taclandırılması” kriminal aləmdə “Timur Sverdlovski” kimi tanınan Timur Mirzoyevin himayəsi ilə baş tutub.


Qeyd edək ki, Timur Mirzoyev kriminal aləmin ən nüfuzlu şəxslərindən biri olmuş Aslan Usoyanın (“Ded Xasan”) qardaşı oğludur.

Xatırladaq ki, “Ded Xasan”ın bacısı oğlu sayılan “Giya Sverdlovski” dayısına görə mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskini özünün “qan düşməni” elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO