Taksi sürücülərinin NƏZƏRİNƏ: Dekabrın 3-də imtahan var

Taksi sürücülərinin NƏZƏRİNƏ: Dekabrın 3-də imtahan var

Hazırda oxunan: Taksi sürücülərinin NƏZƏRİNƏ: Dekabrın 3-də imtahan var
644991
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün dekabrın 3-də növbəti imtahan keçirəcək.

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlər noyabrın 19-u saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. İmtahanda iştirak etmək üçün namizədlərin məlumatları müvafiq qurumlar tərəfindən DİM-ə təqdim olunub.

İmtahana qeydiyyatdan keçmək üçün namizədlər əvvəlcə DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı, sonra “Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı” xidməti vasitəsilə qeydiyyat prosesini tamamlamalıdırlar.
 

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet”lərinin pul hesabına 35 manat məbləğində vəsait əlavə etməlidirlər. Qeydiyyatdan keçdiyi imtahanda iştirak etməyən şəxslərin ödədiyi məbləğ geri qaytarılmır.


Test imtahanı Bakıda DİM-in elektron imtahanlar korpusunda, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbində və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbində keçiriləcək.

Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana üç gün qalmış DİM-in internet saytındakı müvafiq elektron xidmət vasitəsilə əldə edə biləcəklər.

İmtahanın müddəti bir saatdır. Namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar üzrə xüsusi hazırlıq proqramını əhatə edən 20 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab bir balla qiymətləndiriləcək, səhv cavablar isə düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.

İmtahanda 10 və daha çox bal toplayan namizədlər müvəffəqiyyət qazanmış hesab ediləcək və onlara yeddi il müddətində qüvvədə olan şəhadətnamə veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO