Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)

Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)

Hazırda oxunan: Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)
644943
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalq artisti Röya Ayxan şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, pop ulduz məktəb illərini xatırlayaraq həmin dövrdə sevgi münasibətinin olmadığını etiraf edib.

Müğənni bildirib ki, yeniyetməlik vaxtı bir neçə oğlana rəğbət bəsləsə də, hissləri qarşılıqlı olmayıb. Onun sözlərinə görə, bəyəndiyi oğlanlar ona diqqət göstərməyiblər.

Sənətçi Xəyyam Nisanovla eyni məktəbdə təhsil aldıqlarını da xatırladıb:

"Sevgilim olmayıb. Məktəb vaxtı 2-3 oğlanı sevirdim, onlar da adam yerinə qoyub üzümə baxmırdılar. Xəyyam Nisanovla bir məktəbdə oxumuşuq. Deyir ki, arada dostlarımızla oturanda deyirlər ki, bu böyüdü, nə gözəl qız oldu. Məktəb vaxtı arxamızca düşürdü. Xəyyama da deyirdim ki, sinif yoldaşını sevirəm. Ancaq gənclik vaxtı fikir verən, gənclik sevgim olmayıb".

Röya Ayxan qazandığı uğurların və tanınmağının sonrakı dövrə təsadüf etdiyini deyib: "Mən nə qazanmışamsa, tanınandan sonra olub". (Milli.Az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO