AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib – FOTO

AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib – FOTO

Hazırda oxunan: AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib – FOTO
0:00 / 0:00
644946
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Hava Yolları və “Sea Breeze”in birgə təşkil etdiyi “Səma və Dəniz” lotereyasının əsas qalibi baş mükafat olaraq “Sea Breeze Resort” ərazisində yerləşən “Park Lane” yaşayış kompleksində mənzil qazanıb. Lotereya “AZAL Miles” loyallıq proqramının üzvləri arasında keçirilib.

Bizim.Media xəbər verir ki, sentyabrın 28-də canlı yayımda keçirilən elektron tirajın nəticələrinə əsasən, ümumilikdə 100 iştirakçı qalib olub.

Mənzillə yanaşı, lotereyanın mükafat fonduna uçuş milləri, “ABB–AZAL Miles Co-brand Infinite” və “Platinum” kartları, “Crocus Fitness Baku”da birillik abunəliklər və “Aghalarov Rest” restoranlar şəbəkəsinin hədiyyə kuponları daxil olub.

8 iyul – 8 sentyabr tarixlərində keçirilən kampaniya çərçivəsində iştirakçılar aviabilet alışları, millərin toplanması və istifadəsi, eləcə də lotereyanın şərtlərində nəzərdə tutulan digər əməliyyatlar vasitəsilə uduş şansları əldə ediblər. Lotereyada iştirak etmək üçün “AZAL Miles” üzvlərinin şəxsi kabinetlərində kampaniyaya qoşulmaları tələb olunub.

Bütün qaliblərin siyahısı ilə Azərbaycan Hava Yollarının rəsmi internet səhifəsində tanış olmaq mümkündür.


AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib – FOTO - foto 3

AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib – FOTO - foto 1
AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib – FOTO - foto 2
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO