Avropa Məhkəməsi Gürcüstanla bağlı qərarlarını açıqlayacaq

Hazırda oxunan: Avropa Məhkəməsi Gürcüstanla bağlı qərarlarını açıqlayacaq

45910

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabrın 16-da Gürcüstanla bağlı 2 qərarını elan edəcək.

Bizim.Media xəbər verir ki, Levan Kikabidzenin Gürcüstana qarşı məhkəmə iddiasında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə hüququ) pozulduğu bildirilib.

22 il azadlıqdan məhrum edilmiş L.Kikabidze ərizəsində göstərir ki, ona kasasiya şikayəti vermək üçün şərait yaradılmayıb.

Teymuraz Mikeladze, Otar Mikeladze, Malkaz Beridzü və Qoşa Beridzenin Gürcüstana qarşı iddialarında isə konvensiyanın 3-cü (İşkəncə və alçaldıcı rəftarın qadağan edilməsi) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinin tələblərinin pozulduğu deyilir. İddiaçılar saxlanan zaman zorakılığa məruz qaldıqlarını bildiriblər. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO