Bu ölkə VAR sistemindən İMTİNA ETDİ 

Bu ölkə VAR sistemindən İMTİNA ETDİ 

Hazırda oxunan: Bu ölkə VAR sistemindən İMTİNA ETDİ 

189448

Azarkeşlərin etirazına görə İsveçdə VAR sistemi tətbiq edilməyəcək. 

Bizim.Media xəbər verir ki, ölkə Futbol Federasiyasının rəhbəri Frederik Raynfeldt çempionatın VAR-sız keçiriləcəyini bildirib. 

Bunun səbəbi 32 komandadan 18-nin tətbiqə qarşı olmasıdır. İsveçdə klub səhmlərinin 51%-i azarkeşlərə məxsusdur.

Onlar isə sistemin tətbiqinə qarşıdırlar. Fanatlar sistemə qarşı çempionatın ilk turundan etiraz etməyə başlayıblar. Misal üçün, AİK – “Vesteros” oyununda görsətirlən bannerin üzərində İsveçin FİFA, UEFA, dollar, avro və VAR sistemi tərəfindən işğal olunduğu əks etdirilib.
İsveç Futbol Federasiyasının prezidenti ölkə ərazisində keçirilən beynəlxalq oyunlar zamanı da VAR-dan istifadə edilməyəcəyini bildirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO