
- A-
- A
- A+
İrəvanda atışma: Bir nəfər qətlə yetirildi
Dünən gecə İrəvan şəhərində odlu silahdan istifadə ilə qətl törədilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Shamshyan.com" kriminal saytı yayıb.
Mənbə yazır ki, iyunun 6-da saat 22:10-da polisə Baqramyan prospektində yerləşən 8 saylı poliklinikanın yaxınlığında kişi meyitinin tapılması barədə siqnal daxil olub.
Hadisə yerinə gələn polis əməkdaşları ölən şəxsin bədənində güllə yaralarının izlərini görüblər.
Qətl faktı ilə bağlı cinayət işi başlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən cinayətkarın müəyyən edilərək tutulması istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.
Cinayətin baş verdiyi yerə toplaşan vətəndaşlar bildiriblər ki, qətlə yetirilən şəxs kriminal aləmdə tanınan "Qnunetsi Varazik" olub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































