Bakıda Dünya Alpaqut Federasiyasının üçüncü qurultayı: Deputat federasiyaya prezident SEÇİLDİ - FOTO

Hazırda oxunan: Bakıda Dünya Alpaqut Federasiyasının üçüncü qurultayı: Deputat federasiyaya prezident SEÇİLDİ - FOTO

91198

Avqustun 30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasının böyük akt salonunda Dünya Alpaqut Federasiyasının üçüncü qurultayı keçirilib.

Bizim.Media xəbər verir ki, qurultay əvvəlcə Dünya Alpaqut Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Emil Rəhimovun açılış nitqi və dövlət himni ilə start götürüb. Həmçinin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Azərbaycan Milli Məclisin Gənclər və idman Komitəsinin üzvləri, milllət vəkillləri Jalə Əhmədova, Könül Nurullayeva, Dünya Alpaqut Federasiyasının idarə heyətinin üzvü və Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, federasiyanın baş katibi Fərid Əlizadə və idarə heyətinin sədri Vasif Namazov, şəhid ailələri, qazilər, idmançılar və federasiyanın əməkdaşları iştirak edib.
Alpaqut turan döyüş sənətinin qurucusu, beynəlxalq dərəcəli idman ustası Vasif Namazov çıxışı zamanı 2014-2022-ci illər ərzində Dünya Alpaqut Federasiyasının əldə etdiyi uğurlardan və görülən işlərdən danışıb. 

Qurultayda DAF-ın idarə heyətinin yeni tərkibi formalaşıb. Belə ki, seçki zamanı səs çoxluğu ilə millət vəkili Jalə Əhmədova federasiyanın prezidenti seçilib.  

Həmçinin, millət vəkili Könül Nurullayeva Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti seçilib. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO