Leyla Əliyeva güləşçilərimizin İslamiadadakı çıxışlarını izlədi - FOTO

Hazırda oxunan: Leyla Əliyeva güləşçilərimizin İslamiadadakı çıxışlarını izlədi - FOTO

87979

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının ilk günündə Azərbaycan idmançıları 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. 

Bizim.Media xəbər verir ki, yarışların medal uğrunda görüşlərini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov və MOK-un baş katibi Azər Əliyev izləyiblər.

Sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), qadın güləşçimiz Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq), Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (50 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO