Şuşadakı Qazançı kilsəsi bərpa ediləcək

Şuşadakı Qazançı kilsəsi bərpa ediləcək

Hazırda oxunan: Şuşadakı Qazançı kilsəsi bərpa ediləcək
8509
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"İşğaldan azad edilmiş bölgələrdəki xristian abidələri də bərpa ediləcək, biz abidələrin heç birinə fərq qoymuruq".

Bizim.Media xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

"Nazir bildirib ki, hazırda Alban kilsələrinin bərpası üçün tam şərait yoxdur: "Təəssüf ki, bütün Alban kilsələrinə tam nəzarət bizdə deyil. Laçındakı Ağoğlan kilsəsi, Kəlbəcərdəki Xudavəng monastırı bizim nəzarətimizdədir, lakin Gəncəsar və Amaras monastırları hələlik bizim nəzarətimizdə deyil".

"O abidələr ki, bizim nəzarətimizdədir, mütləq bərpa ediləcək. Biz Şuşadakı Qazançı kilsəsini də bərpa edəcəyik. ICESCO-nun Baş direktorunun Azərbaycan Prezidenti ilə görüşü zamanı da belə bir təklif irəli sürülüb ki, İCESCO iki məscid və bir kilsənin təmir edilməsini həyata keçirmək istəyir. Məncə bu da çox vacib mesajdır ki, İCESCO müsəlman dünyasının təşkilatı olaraq kilsənin də bərpasında iştirak edir". (Apa) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO