Azərbaycan Ermənistanla danışıqlarda hansı vasitəçini SEÇƏCƏK? – MOSKVA, yoxsa BRÜSSEL

Hazırda oxunan: Azərbaycan Ermənistanla danışıqlarda hansı vasitəçini SEÇƏCƏK? – MOSKVA, yoxsa BRÜSSEL

75507

“Azərbaycanla Ermənistan arasındakı danışıqlarda iki vasitəçi - Moskva və Brüssel var. Nə Bakı, nə də İrəvan bu ikisindən birini seçə bilir. Çünki Brüsseli seçsən Moskva narazı qalacaq və hər iki dövlətə problem yaradacaq, Moskvanı seçsən bu dəfə də Brüssel narazı qalacaq. Bu isə nə Bakının, nə İrəvanın maraqlarına cavab verir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə Brüssel Moskvadan fərqli olaraq həm Azərbaycana, həm də Ermənistana 2 milyard avrodan çox kredit vədi verib:
 

MÖVZU İLƏ BAĞLI:

“Boston Herald” qəzeti: “ABŞ Ermənistanı Azərbaycanla sülh müqaviləsinə inandırmalıdır”


“Digər tərəfdən Azərbaycanın ixracatının əsas istiqaməti Avropa İttifaqı dövlətlərinə yönəlib. Buna görə də indiki halda Bakı və İrəvan həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyini qəbul etmək məcburiyyətindədir. Ancaq problem ondadır ki, Ukrayna müharibəsinə görə Moskva ilə Brüssel arasında münasibətlər gərgindir və Kreml Avropa İttifaqının Cənubi Qafqazda fəallaşmasını istəmir, bunu Rusiya əleyhinə yönəlimiş siyasət kimi dəyərləndirir”. 

Politoloqun fikrincə, Bakı və İrəvan üçün digər bir problem həm Brüsselin, həm də Moskvanın eyni işlə məşğul olmasıdır:

“Hər ikisi Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsi, dəhlizin açılması və sülh sazişinin imzalanmasıyla bağlı vasitəçilik edirlər. Normalda Brüssellə Moskvanın bu 3 məsələdə mövqeləri eynidirsə, Azərbaycanla Ermənistanı barışdırmaq üçün birgə çalışmalıydılar.
Sadəcə, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Brüsselə Moskvanın çalışmalarını uzlaşdırmaq praktik baxımdan mümkün deyil. Belə olan halda da Moskva və Brüssel vasitəçilik uğrunda bir-birləriylə mübarizəni davam etdirəcəklər. Bu isə ümumi işə zərər verəcək”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO