İsmayıllıda avtomobili sel apardı, sürücü xəsarət aldı - FOTO

İsmayıllıda avtomobili sel apardı, sürücü xəsarət aldı - FOTO

Hazırda oxunan: İsmayıllıda avtomobili sel apardı, sürücü xəsarət aldı - FOTO
74814
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsmayıllı rayonu ərazisindən keçən Girdiman çayına sel gəlib, nəqliyyat vasitəsini və sürücünü su aparıb.

Bizim.Media xəbər verir ki, rayonun Zərnava kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Zamiq Tofiq oğlu idarə etdiyi 99-MV-259 dövlət nömrə nişanlı "UAZ" markalı avtomobillə Girdiman çayından keçərək kəndinə gedərkən güclü sel ilə qarşılaşıb.

O, avtomobili çaydan çıxara bilməyib, sel suları avtomobili bir neçə dəfə aşıraraq aparıb.

Sürücü Zamiq Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alsa da suda boğulmaqdan xilas olub. Sürücü yaxınlıqdakı insanların köməyi ilə sudan çıxarılaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, Zərnava kəndinə getmək üçün vətəndaşlar Girdiman çayı üzərindəki piyada körpüsündən istifadə edirlər və avtomobil körpüsü olmadığı üçün nəqliyyat vasitələri su az olduqda çayın içərisindən keçirlər.
Bəzən çaya qəflətən gələn sel nəticəsində oradan keçən avtomobillərə, mal-qaraya ziyan dəyir, tələfat baş verir. Həmin ərazidə avtomobil körpüsünün inşasına böyük ehtiyac var (apa).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO