Xorvatiyada zəlzələdə: Bir uşaq öldü – YENİLƏNİR

Hazırda oxunan: Xorvatiyada zəlzələdə: Bir uşaq öldü – YENİLƏNİR

6778

Xorvatiyanın Petrinya şəhərində 29 dekabr çərşənbə axşamı günü baş verən güclü zəlzələ (6.2 bal) nəticəsində bir uşaq ölüb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Jutarnji list” qəzet yazıb.

Mənbə bildirir ki, zəlzələlərin episentrinə ən yaxın olan Petrinya və Sisak şəhərlərində digər tikililərlə yanaşı, yerli xəstəxanada və uşaq bağçasında dağıntılar qeydə alınıb.

Petrinya şəhərinin meri Darinko Dumboviç "şəhərin demək olar ki yarısı"nın məhv edildiyini söyləyib. Onun sözlərinə görə, zəlzələ zamanı bağçada uşaq olmayıb.

Televiziya kanalına görə, təkanlar Bosniya və Herseqovina, Almaniya, Macarıstan, İtaliya, Çernoqoriya, Rumıniya, Slovakiya, Sloveniya, Serbiya və Avstriyada da hiss olunub.

***

Xorvatiyada 6.3 bal gücündə zəlzələ baş verib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, zəlzələ səhər saatlarında Xorvatiyanın paytaxtı Zaqreb şəhərinin 46 kilometrliyində yaşanıb.

Yeraltı təkanın episentri 10 kilometr dərinlikdə qeydə alınıb. Zaqrebdə də hiss olunan zəlzələdən sonra dağıntı və tələfat barədə məlumat verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO