Ukraynada dağıdılan infrastrukturun bərpasına nə qədər pul lazımdır? – Baş nazir açıqladı

Hazırda oxunan: Ukraynada dağıdılan infrastrukturun bərpasına nə qədər pul lazımdır? – Baş nazir açıqladı

65152

Ukrayna hökumətinin apardığı ilkin hesablamalara görə, bu günə qədər ölkə ərazisində hərbi əməliyyatlar zamanı dağıdılan infrastrukturun bərpası üçün 550 milyard ABŞ dollarından çox vəsait lazımdır.

Bizim.Media yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmiqal Polşa, Sloveniya və Çexiya hökumət başçıları ilə görüşdən sonra bildirib.

"İlkin hesablamalar göstərir ki, hazırda Ukrayna üçün birdəfəlik itkilər 565 milyard ABŞ dollarından çox təşkil edir. Əslində, bunlar dövlətimizin bərpası üçün tələb olunacaq vəsaitlərdir”, - deyə Şmiqal əlavə edib.

Baş nazir vurğulayıb ki, Avropa İttifaqı Ukraynaya bu istiqamətdə güclü dəstəyini ifadə edir.

“Biz Ukraynanın bərpasının maliyyələşdirilməsi baxımından dəstək gözləyirik. Bütün dünyanı bu müharibəni dayandırmağa, dövlətimizin bərpası üçün Ukraynaya vəsait ayırmağa çağırırıq”, - deyə Şmiqal əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO