Azərbaycanla Yaponiya informasiya və kommunikasiya texnologiyaları (İKT) və poçt xidmətləri sahəsində əməkdaşlığa dair Fəaliyyət Planının yekunlaşdırılmasını, Hiroşima Süni İntellekt Prosesində iştirak və fəlakətlərin qarşısının alınmasında İKT-nin tətbiqini müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla bağlı müzakirələr nazir müavini Saməddin Əsədovun Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin beynəlxalq məsələlər üzrə nazir müavini Hideo Fuseda ilə görüşdə aparılıb.
Görüşdə həmçinin Azərbaycan və Yaponiya arasında rəqəmsal inkişaf və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi, süni intellekt, rəqəmsal transformasiya və innovasiya istiqamətlərində təcrübə mübadiləsi, həmçinin birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
04:51 / 10.10.2026
Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO
Hazırda oxunan: Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO
Hazırda oxunan: Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO
641404
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































