
- A-
- A
- A+
Multimedia
11:10 / 26.07.2026
Bədəndən ayrıldıqdan sonra da işləyən robot əl nümayiş etdirildi - VİDEO
Hazırda oxunan: Bədəndən ayrıldıqdan sonra da işləyən robot əl nümayiş etdirildi - VİDEO
627517
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Çində keçirilən süni intellekt konfransında bədəndən ayrıldıqdan sonra da müstəqil şəkildə işləyə bilən robot əl nümayiş olunub.
Bizim.Media xəbər verir ki, yeni texnologiya əzələlərin elektrik aktivliyini oxuyaraq istifadəçinin hərəkətlərini yüksək dəqiqliklə təkrarlaya bilir.
Bildirilib ki, qurğu həm bütöv əli, həm də hər bir barmağı ayrıca idarə etməyə imkan verir.
Hazırlanmış texnologiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, robot əl əsas konstruksiyadan ayrıldıqdan sonra belə verilən əmrləri yerinə yetirməyə davam edir.
Bundan başqa, cihaz "beyin–kompüter" (Brain–Computer Interface, BCI) interfeysini dəstəkləyir. Bu texnologiya sayəsində robot əl beyin siqnalları vasitəsilə də idarə oluna bilir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































