Türk İnvestisiya Fonduna sədrlik Azərbaycana HƏVALƏ EDİLDİ - FOTO

Türk İnvestisiya Fonduna sədrlik Azərbaycana HƏVALƏ EDİLDİ - FOTO

Hazırda oxunan: Türk İnvestisiya Fonduna sədrlik Azərbaycana HƏVALƏ EDİLDİ - FOTO
643903
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib.

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasda Fondun Türk dünyasında iqtisadi inteqrasiyanın gücləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Fondun fəaliyyətinin təşkili, maliyyələşdirmə imkanlarının genişləndirilməsi və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı istiqamətində görülən işlər nəzərdən keçirilib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın tərəfdaş ölkələrlə yaratdığı ikitərəfli investisiya fondlarının təcrübəsini diqqətə çatdırıb.
 

Türk İnvestisiya Fondunun bu fondlarla əlaqələrinin gücləndirilməsi, birgə maliyyələşdirmə mexanizmlərinin yaradılması barədə təkliflərini qeyd edib. Transsərhəd layihələrin, kiçik və orta sahibkarlığın dəstəklənməsi, ticarətin maliyyələşdirilməsi və milli valyutalarda kreditləşmənin təşviqi prioritet istiqamətlər kimi qeyd olunub. Fondun fəaliyyətində səmərəliliyin və korporativ idarəetmənin gücləndirilməsinin önəmi vurğulanıb.


İclasda Rəhbərlər Şurasına sədrliyin növbəti illik iclasın sonunadək Azərbaycana, sədr müavinliyinin isə Macarıstana həvalə olunması barədə qərar qəbul edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO