Partlayışda xəsarət alanlar ukraynalı biznesmen və ailə üzvləri imiş... – DETALLAR

Partlayışda xəsarət alanlar ukraynalı biznesmen və ailə üzvləri imiş... – DETALLAR

Hazırda oxunan: Partlayışda xəsarət alanlar ukraynalı biznesmen və ailə üzvləri imiş... – DETALLAR
622328
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Monako Knyazlığında güclü partlayış baş verib, üç nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, “Le Figaro” nəşri həmin şəxslərin adını açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Monakoda güclü partlayış: Xəsarət alanlar var – VİDEO


Belə ki, partlayış nəticəsində ukraynalı biznesmen Vadim Yermolayev və həyat yoldaşı ağır, 13 yaşlı oğlu isə yüngül yaralanıb.

Qeyd edək ki, partlayışı törədən şəxs ərazidən qaçıb. Hadisənin səbəbləri araşdırılır, hüquq-mühafizə orqanları şübhəlinin axtarışını davam etdirirlər.

Məlumat üçün bildirək ki, Vadim Yermolayev Ukraynanın Dnepr şəhərindən olan tanınmış sahibkar və investordur. O, 1990-cı illərdə təsis etdiyi Alef Corporation holdinqi vasitəsilə daşınmaz əmlak, tikinti, istehsal, kənd təsərrüfatı, şərabçılıq və istehlak malları sahələrində fəaliyyət göstərib. Uzun illər Ukraynanın ən varlı iş adamları sırasında yer alıb.
 
2023-cü ildə Ukrayna hakimiyyəti ona qarşı sanksiyalar tətbiq edib. Təhlükəsizlik Xidməti (SBU) Yermolayevi 2014-cü ildən sonra Krımda alkoqol biznesini Rusiya qanunvericiliyi əsasında fəaliyyətini davam etdirməkdə ittiham edib. Biznesmen bu ittihamları rədd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO