​​​​​Ukraynada azərbaycanlı meri bıçaqlayan şəxs saxlanıldı – FOTO

​​​​​Ukraynada azərbaycanlı meri bıçaqlayan şəxs saxlanıldı – FOTO

Hazırda oxunan: ​​​​​Ukraynada azərbaycanlı meri bıçaqlayan şəxs saxlanıldı – FOTO
616071
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın Dnepropetrovsk vilayətinin Pyatixatki şəhərinin meri, 61 yaşlı Hilal İsayevi bıçaqlayan fermer saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “azertag.az”a Dneprdə yaşayan diaspor fəalımız Eldar Tağıyev məlumat verib.

“Dnepropetrovsk vilayəti azərbaycanlıları liqası”ndan Sərxoş İsmayılov, diaspor fəalları Eldar Tağıyev və Pərviz Əliyev, həmçinin Krivoy-Roq şəhərində yaşayan soydaşlarımız Hilal İsayevin müalicə aldığı xəstəxanada olublar. “Həmyerlimizə baş çəkdik. Hazırda Hilal İsayev reanimasiyada müalicə alır. Ağır bışaq xəsarətləri yetirildiyindən müalicəsi hələlik reanimasiyada davam etdirilir”, - deyə Eldar Tağıyev əlavə edib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Qeyd edək ki, Hilal İsayev Lerik rayonunun Livədirqə kəndində anadan olub, Dnepr Dövlət Aqrar-İqtisad Universitetini bitirib. O, “Kaspiy” özəl kənd təsərrüfatı müəssisəsinə rəhbərlik edib, 2015-ci ildə isə “Batkivşina” partiyasından Dnepropetrovsk vilayət şurasının deputatı seçilib.

2019-cu ildə Hilal İsayev eyni partiyadan 9-cu çağırış Ali Radaya namizədliyini irəli sürsə də, seçilməyib. 2020-ci ildən Pyatixatki şəhərinin meri vəzifəsini tutur.

​​​​​Ukraynada azərbaycanlı meri bıçaqlayan şəxs saxlanıldı – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO