
- A-
- A
- A+
Zelenski: “Ukrayna ordusu Kupyansk istiqamətində 15 kilometrdən çox irəliləyib” - VİDEO
Ukrayna Silahlı Qüvvələri Kupyansk istiqamətində yeraltı kommunikasiya xətləri ilə 15 kilometrdən çox irəliləyib.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Ukrayna Milli Qvardiyasının “Xartiya” 2-ci korpusunun həyata keçirdiyi “Veles” əməliyyatının ilk nəticələri barədə məlumat verilib. Əməliyyat zamanı 100-dən çox rusiyalı hərbçinin öldürüldüyü, 30-dan çoxunun isə əsir götürüldüyü iddia olunur.
Zelenski bildirib ki, Rusiya hərbçiləri daha əvvəl Ukrayna mövqelərinin arxasına keçmək və hücum əməliyyatları həyata keçirmək üçün yeraltı qaz kommunikasiyalarından istifadə etməyə çalışıblar.
Ukrayna hərbçilərinin bu taktikanı mənimsəyərək daha da təkmilləşdirdiyini vurğulayan dövlət başçısı əməliyyatın əsas məqsədinin öz itkilərini azaltmaq, qarşı tərəfə zərər vurmaq və Kupyansk istiqamətində qarşıya qoyulan vəzifələri yerinə yetirmək olduğunu qeyd edib.
Qeyd edək ki, açıqlanan itkilər və irəliləyişlə bağlı məlumatlar Ukrayna tərəfinin iddialarıdır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































