
- A-
- A
- A+
“Starlink” Ukraynada buna görə məhdudlaşdırılıb - Mask AÇIQLADI
“Starlink” peyk rabitə sisteminin Ukrayna Silahlı Qüvvələri üçün istifadəsinin məhdudlaşdırılmasının əsas səbəblərindən biri Rusiyanın peykləri vurmaq ehtimalı ilə bağlı narahatlıqlardır.
Bizim.Media xəbər verir ki, bunu “SpaceX” şirkətinin rəhbəri İlon Mask bildirib.
Maskın sözlərinə görə, “Starlink” mülki sistem olaraq qalmalıdır. Ondan hərbi infrastrukturun fəaliyyətini təmin etmək üçün istifadə oluna bilər, lakin cavab hücumu üçün qanuni hədəfə çevrilməsinə səbəb olacaq açıq-aşkar hücum əməliyyatlarında istifadə edilməməlidir.
“Əgər rəqib “Starlink” peyklərini məhv etməyə başlasa, bu, dağıntıların zəncirvari reaksiyasına səbəb olacaq və kosmosda böyük bir tullantı buludunun yaranmasına gətirib çıxaracaq.
Nəticədə kosmosdan istifadə qeyri-mümkün olacaq”, – deyə Mask vurğulayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































