
- A-
- A
- A+
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına SON QOYDU
“Real”ın hücumçusu Kilian Mbappenin internet memi ilə bağlı açıqlaması onun Çin şirkətləri ilə reklam əməkdaşlığına təsir edib.
Bizim.Media "Associated Press"ə istinadən xəbər verir ki, Çin şirkətləri olan “Dongpeng” enerji içkiləri istehsalçısı və ölkənin ən böyük süd məhsulları təchizatçılarından biri “Mengniu” fransalı futbolçu ilə tərəfdaşlığı dayandırmaq qərarına gəliblər.
Buna Mbappenin müsahibələrinin birində sevimli internet memindən danışması səbəb olub.
Futbolçu üzünün qrafik redaktə vasitəsilə Çinin siyasi liderinin üzərinə yerləşdirildiyi təsviri xatırladıb.
Son vaxtlar sosial şəbəkələrdə Mbappeni “diktator” adlandıran zarafatlar da yayılıb. Bu, bəzi azarkeşlərin fransalı hücumçunun həm “Real”da, həm də Fransa millisində baş verən proseslərə ciddi təsir göstərdiyi qənaəti ilə əlaqələndirilir.
Beləliklə, internet memi - yəni, yumor və ya satira məqsədi daşıyan şəkil ilə bağlı açıqlama Mbappenin Çin reklam bazarındakı tərəfdaşlıqlarına təsir göstərib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































