Ukraynada azərbaycanlı mer bıçaqlandı - Vəziyyəti ağırdır

Ukraynada azərbaycanlı mer bıçaqlandı - Vəziyyəti ağırdır

Hazırda oxunan: Ukraynada azərbaycanlı mer bıçaqlandı - Vəziyyəti ağırdır
615736
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın Dnepropetrovsk vilayətinin Pyatixatki şəhərinin 61 yaşlı azərbaycanlı meri Hilal İsayev bıçaqlı hücuma məruz qalıb.
 
Bizim.Media istinadən xəbər verir ki, bu barədə focus.ua yerli polisə istinadən məlumat yayıb.
 

Məlumata görə, hadisə mayın 26-da səhər saatlarında baş verib. Xəbərdə bildirilir ki, H.İsayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, o, sinə nahiyəsindən yaralanıb.


Hücum edən şəxs hadisə yerindən qaçıb və hazırda polis onu axtarır.
 
Yerli mətbuatın yazdığına görə, hücum edən şəxs fermer olub və hadisə merin kabinetində baş verib.
 

Xəbərdə bildirilir ki, azərbaycanəsilli Hilal İsayev Dnepr Dövlət Aqrar-İqtisad Universitetini bitirib. O, "Kaspi" adlı özəl kənd təsərrüfatı müəssisəsinə rəhbərlik edib, 2015-ci ildə isə Batkivşina partiyasından Dnepropetrovsk Vilayət Şurasının deputatı seçilib.

2019-cu ildə İsayev eyni partiyadan Ukrayna Ali Radaya namizəd olub, lakin seçilməyib. 2020-ci ildən Pyatixatki şəhərinin meri vəzifəsini tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO