VAZ 2103 170 min manata satışa çıxarıldı

VAZ 2103 170 min manata satışa çıxarıldı

Hazırda oxunan: VAZ 2103 170 min manata satışa çıxarıldı
609790
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sovet dövrünün ən nadir nəqliyyat vasitələrindən biri olan milis avtomobili Rusiyada satışa çıxarılıb. 

Bizim.Media xəbər verir ki, uzun illər qorunub saxlanılan bu texnika kolleksiyaçılar üçün əsl tapıntı hesab olunur.

Söhbət 1974-cü il istehsalı olan "VAZ-2103" modelindən gedir.

Satıcı avtomobilin tam işlək vəziyyətdə olduğunu və üzərindəki zavod rənginin hələ də qaldığını bildirir. Hətta maşının qapılarındakı Dövlət Avtomobil Müfəttişliyinin (DAİ) gerbi də ilkin görünüşünü itirməyib.

Nadir eksponatın kapotunun altında 75 at gücünə malik 1,5 litrlik mühərrik yerləşir. Dörd pilləli sürət qutusu ilə təchiz edilən sedan üçün 7,5 milyon rubl (təxminən 170 min manat) qiymət qoyulub. (Demokrat.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO