Ukrayna Krımda Rusiyanın mühüm hərbi hədəflərinə zərbə endirdi - FOTO

Ukrayna Krımda Rusiyanın mühüm hərbi hədəflərinə zərbə endirdi - FOTO

Hazırda oxunan: Ukrayna Krımda Rusiyanın mühüm hərbi hədəflərinə zərbə endirdi - FOTO
609459
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krımda Rusiyanın bir sıra mühüm hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, məlumatı Ukrayna mənbələri yayıb.

Bildirilir ki, ötən gecə UTX-nin “Alfa” xüsusi təyinatlıları Sevastopolda Rusiya Qara dəniz donanmasının hərbi-dəniz bazasında, həmçinin “Belbek” hərbi aerodromunda xüsusi əməliyyat keçiriblər.
 

Məlumata görə, UTX-nin pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində bir neçə hərbi hədəf vurulub. Zərbə endirilən obyektlər sırasında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Yamal” böyük desant gəmisi, “Filçenkov” böyük desant gəmisi və “İvan Xurs” kəşfiyyat gəmisi göstərilir.


Bundan başqa, Qara dəniz donanmasının “Lukomka” təlim mərkəzi, hava hücumundan müdafiə qüvvələrinin radiotexniki kəşfiyyat qərargahı və MR-10M1 “Mıs-M1” radiolokasiya stansiyasının da hədəfə alındığı bildirilir.

Ukrayna tərəfinin məlumatına əsasən, “Belbek” aerodromunda Rusiyaya məxsus MiQ-31 qırıcısı da vurulub.

Rusiya tərəfi hələlik bu məlumatlara münasibət bildirməyib.

Hadisə ilə bağlı əlavə detallar dəqiqləşdirilir.

Ukrayna Krımda Rusiyanın mühüm hərbi hədəflərinə zərbə endirdi - FOTO - foto 1
Ukrayna Krımda Rusiyanın mühüm hərbi hədəflərinə zərbə endirdi - FOTO - foto 2
Ukrayna Krımda Rusiyanın mühüm hərbi hədəflərinə zərbə endirdi - FOTO - foto 3
Ukrayna Krımda Rusiyanın mühüm hərbi hədəflərinə zərbə endirdi - FOTO - foto 4
Ukrayna Krımda Rusiyanın mühüm hərbi hədəflərinə zərbə endirdi - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO