72 kq arıqlayan aktrisa indiki halı ilə diqqət çəkir — FOTOLAR

72 kq arıqlayan aktrisa indiki halı ilə diqqət çəkir — FOTOLAR

Hazırda oxunan: 72 kq arıqlayan aktrisa indiki halı ilə diqqət çəkir — FOTOLAR
606949
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tanınmış türkiyəli aktrisa Esin Gündoğdu 72 kiloqram çəki ataraq hər kəsi təəccübləndirməyi bacarıb.

Bizim.Media xəbər verir ki, vaxtlar 138 kiloqram çəkisi olan aktrisa hazırda 66 kiloqramdır və bu transformasiyanın pərdəarxası məqamlarını paylaşıb.

Aktrisa bu dəyişimin 10 illik uzun yol olduğunu bildirib. 

Tamaşaçılar onun arıqlama mərhələlərini rol aldığı məşhur seriallarda addım-addım izləyiblər. Gündoğdu prosesin yalnız pəhrizlə bitmədiyini və 5 il əvvəl mədəkiçiltmə əməliyyatı keçirdiyini də açıq şəkildə ifadə edib. Şəxsi həyatında yaşadığı ağır itkidən sonra yenidən çəki almağa başladığı üçün belə tibbi müdaxiləyə ehtiyac duyduğunu vurğulayan sənətçi bu addımını heç vaxt gizlətməyib.

Onun bu uğuru təəssüf ki fırıldaqçıların da hədəfinə çevrilib. Sosial şəbəkələrdə süni intellektlə hazırlanan saxta görüntülər vasitəsilə müxtəlif arıqlama çayları və dərmanları reklam edilir.

Aktrisa pərəstişkarlarına ciddi xəbərdarlıq edərək heç bir zəifləmə məhsulundan istifadə etmədiyini və insanların sağlamlıqları ilə oynayan bu yalanlara inanmamalı olduqlarını qeyd edib. (demokrat.az)

72 kq arıqlayan aktrisa indiki halı ilə diqqət çəkir — FOTOLAR - foto 1
72 kq arıqlayan aktrisa indiki halı ilə diqqət çəkir — FOTOLAR - foto 2

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO