“Xamenei huşsuz vəziyyətdədir”

“Xamenei huşsuz vəziyyətdədir”

Hazırda oxunan: “Xamenei huşsuz vəziyyətdədir”
605610
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın yeni ali rəhbəri Müctəba Xamenei huşsuz vəziyyətdədir və Tehranın cənubundakı Qum şəhərində müalicə alır.

Bizim.Media xəbər veror ki, bu barədə Britaniyanın The Times qəzeti yazıb.

Nəşrin məlumatına görə, bu iddia ABŞ və İsrail kəşfiyyat məlumatları əsasında hazırlanmış, Fars körfəzi ölkələrinin rəhbərliyinə təqdim edilmiş arayışda yer alır.
 

Qəzetin yazdığına görə, kəşfiyyat orqanları Xameneinin durumunu ağır qiymətləndirir və onun hazırda İranı idarə edə bilmədiyini düşünür. The Times qeyd edir ki, bu, ABŞ-İsrail əməliyyatının başlanmasından bəri Müctəba Xameneinin yerinin ilk dəfə açıq şəkildə göstərildiyi haldır.


Müctəba Xamenei fevralın 28-də başlayan ilk zərbələr zamanı yaralandığı ehtimalı ilə uzun müddətdir ictimaiyyət qarşısına çıxmır.

Bununla belə, İran tərəfi daha əvvəl onun səhhətinin yaxşı olduğunu bildirirdi. Məsələn, Wall Street Journal-ın 5 gün əvvəl yaydığı məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Xameneinin “tam sağlam” olduğunu demişdi.

Bu səbəbdən The Times-ın son məlumatı hələlik İran tərəfindən rəsmi təsdiq olunmayıb və ziddiyyətli məlumat fonunda dəyərləndirilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO