Moldova MDB-dən çıxdı

Moldova MDB-dən çıxdı

Hazırda oxunan: Moldova MDB-dən çıxdı
600917
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moldova hökuməti Müstəqil Dövlətlər Birliyinin (MDB) əsas müqavilələrinin denonsasiyasını (fəaliyyətini birtərəfli qaydada dayandırmaq) təsdiqləyib. 

Bizim.Media xəbər veror ki, bu barədə ölkənin Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
 

Qərara əsasən, hökumət MDB çərçivəsində imzalanmış bir sıra fundamental sənədlərin ləğvi ilə bağlı təşəbbüsü dəstəkləyib və məsələ parlamentin təsdiqinə təqdim olunacaq. Rəsmi Kişinyov bu addımı ölkənin xarici siyasət kursunun dəyişməsi və Avropa İttifaqı ilə inteqrasiya prosesinin sürətlənməsi ilə izah edir.


Moldova hökumətinin nümayəndələri bildiriblər ki, MDB çərçivəsində imzalanmış bir çox sazişlər artıq aktual deyil və ölkənin strateji prioritetlərinə uyğun gəlmir. Bu səbəbdən həmin sənədlərin denonsasiyası ilə bağlı proses mərhələli şəkildə həyata keçirilir.

Son illərdə Moldova MDB strukturlarından tədricən uzaqlaşır. Ölkə artıq bir sıra təşkilati platformalarda iştirakını dayandırıb və bir neçə sazişdən çıxmaq barədə qərar qəbul edib.

Ekspertlərin fikrincə, bu addım Kişinyovun siyasi və iqtisadi kursunun Avropa yönümlü olduğunu bir daha nümayiş etdirir. Moldova hazırda Avropa İttifaqına üzvlük prosesini sürətləndirmək və Qərb institutları ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO