Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı SON DURUM

Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı SON DURUM

Hazırda oxunan: Ölkədə qızılca və suçiçəyinə yoluxma ilə bağlı SON DURUM
596700
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Respublika üzrə infeksion xəstəliklərlə bağlı epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır”.

Bu barədə Bizim.Media-nın sorğusuna Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən cavab olaraq bildirilib.

Bildirilib ki, ölkədə qızılca xəstəliyinə qarşı Milli Peyvənd Təqviminə uyğun olaraq planlı immunizasiya aparılır, eyni zamanda əvvəlki dövrlərdə peyvənddən kənarda qalmış şəxslərin peyvəndlənməsi üçün tibb müəssisələrində müvafiq imkanlar mövcuddur:

“Suçiçəyi xəstəliyi mövsümi xarakter daşıyır və əsasən payız-qış aylarında müşahidə olunur.

Hazırda xəstəliyin ölkə üzrə geniş yayılması halları qeydə alınmır. Profilaktik tədbir kimi vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək və xəstəlik əlamətləri yarandıqda tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur.

Eyni zamanda, tibb müəssisələri tərəfindən əhali arasında mütəmadi maarifləndirmə işləri aparılır və epidemioloji vəziyyət davamlı olaraq izlənilir.

Ümumilikdə, respublika üzrə infeksion xəstəliklərlə bağlı epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır.

Qeyd edilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ölkə ərazisində yoluxucu xəstəliklərin profilaktikasına yönəlmiş zəruri tədbirlər planlı şəkildə davam etdirilir”.

Xatırladaq ki, fevralın 14-də "Nur" uşaq evində 2024-cü il təvəllüdlü Ömür Zeyniyevin qızılca xəstəliyindən öldüyü ilə bağlı məlumat yayılıb.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO