Acun İlıcalının ortağı hava limanında saxlanıldı – FOTO

Acun İlıcalının ortağı hava limanında saxlanıldı – FOTO

Hazırda oxunan: Acun İlıcalının ortağı hava limanında saxlanıldı – FOTO
592172
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Acun Medya-nın Baş Koordinatoru Esat Yontunç İstanbulda aparılan narkotik araşdırması çərçivəsində saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “haberler.com” saytı yazıb.

Barəsində axtarış qərarı verilən Yontunç mövzuya münasibət bildirib:

“Həyatım boyunca bu mövzularla heç bir əlaqəm olmayıb. Alnım pakdır, özümə güvənirəm”.

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər Araşdırma Bürosu tərəfindən məşhur şəxslərə qarşı aparılan “narkotik” araşdırması davam edir. Bu araşdırma çərçivəsində Yontunç barədə axtarış qərarı verilmiş və o, ölkəyə qayıdarkən İstanbul Hava Limanında saxlanılıb.

Esat Yontunç kimdir?

Esat Yontunç 5 may 1969-cu ildə İstanbulda anadan olub. Təhsilini Moda Kollecində başa vurduqdan sonra İstanbul Universitetinin Antropologiya fakültəsini bitirib.

24 ildir Acun Ilıcalı ilə işləyir

2002-ci ildə Acun Ilıcalı ilə birlikdə “Acun Firarda” proqramını hazırlayan Yontunç, 2004-cü ildən Acun Medya-da baş koordinator vəzifəsini icra edir. O, Acun Firarda, Devler Ligi, Yok Böyle Dans, Fear Factor, Dokun Bana, Var Mısın Yok Musun, Survivor, O Ses Türkiye, Yetenek Sizsiniz, 3 Adam, Rising Star Türkiye, O Ses Çocuklar, Ütopya, Komedi Türkiye, Saba İle Oyuna Geldik, Ver Fırına kimi bir çox böyük və büdcəli televiziya proqramlarının koordinasiyasını həyata keçirib.

Acun İlıcalının ortağı hava limanında saxlanıldı – FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO