İlham Rəhimovun ikinci kitabı Ankarada çap edildi

İlham Rəhimovun ikinci kitabı Ankarada çap edildi

Hazırda oxunan: İlham RÉ™himovun ikinci kitabı Ankarada çap edildi

58941

Moderator.az xəbər verir ki, Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun rus dilində çapdan çıxmış “Filosofiya prestupleniya i nakazaniya” kitabı türk dilində (“Suç ve Ceza felsefesi”) Ankaranın məşhur EkoAvrasiya mətbəəsində nəşr edilib.
Qeyd edək ki, “Suç və cəza” kitabından sonra “Suç ve Ceza felsefesi” kitabı İ.Rəhimovun türk dilinə tərcümə edilmiş sayca ikinci kitabıdır.
“Filosofiya prestupleniya i nakazaniya” (“Cinayət və cəzanın fəlsəfəsi”) kitabı 2013-cü ildə Sankt-Peterburq şəhərində rus dilində çapdan çıxmış və 2014-cü ildə Azərbaycan dilinə tərcümə edilərək Bakı şəhərində, "Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən çap edilmişdir.
Nəfis şəkildə nəşr olunmuş kitabda cinayət hüququnun cinayət və cəza ilə bağlı olan başlıca problemləri tədqiq edilmiş, cinayətin mənbəyi, cəzanın mahiyyəti, cinayətkarlığın, cəzalandırmanın gələcək məsələləri haqqında geniş şərh verimişdir. Kitab hüquq üzrə ali məktəblərin tələbələri, magistr və doktorantları, müəllimləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçilər və praktiki fəaliyyətlə məşğul olan mütəxəssislər, eləcə də, filosoflar, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizə problemi ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Yaxın günlərdə İstanbul şəhərində İ.Rəhimovun “Suç və cəza” və “Suç ve Ceza felsefesi” kitablarının təqdimat mərasimi keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO