Biləsuvarda mənzil yanaraq kül oldu – FOTO

Biləsuvarda mənzil yanaraq kül oldu – FOTO

Hazırda oxunan: Biləsuvarda mənzil yanaraq kül oldu – FOTO
587537
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayon mərkəzində, Melioratorlar qəsəbəsində qeydə alınıb.

Belə ki, Xatirə Əliyevaya məxsus, ümumi sahəsi 35 kvadratmetr olan 2 otaqlı mənzildə yanğın baş verib. İlkin məlumata görə, alov qısa müddət ərzində bütün evi bürüyüb.

Yanğın zamanı evdə xəstə vəziyyətdə olan iki nəfər vaxtında xilas edilib, lakin mənzil tamamilə yanaraq yararsız hala düşüb.
 

Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölməsinin əməkdaşları alovu söndürərək, yanğının digər tikililərə keçməsinin qarşısını alıblar.


Faktla bağlı araşdırma aparılır.

Biləsuvarda mənzil yanaraq kül oldu – FOTO - foto 1
Biləsuvarda mənzil yanaraq kül oldu – FOTO - foto 2

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO