8 min müəllimin əmək müqaviləsinə xitam verilib – RƏSMİ

8 min müəllimin əmək müqaviləsinə xitam verilib – RƏSMİ

Hazırda oxunan: 8 min müəllimin əmək müqaviləsinə xitam verilib – RƏSMİ
584411
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sertifikasiya imtahanında uğur qazanmayan 8 min müəllimin əmək müqaviləsinə xitam vermişik”. 

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
 

“Həmin müəllimlərdən 5 minə yaxını ibtidai sinif müəllimi, min nəfərdən artığı isə Azərbaycan dili müəllimləridir”, - deyə nazir əlavə edib.


O bildirib ki, müəllimin səriştəli olması minimal və zəruri şərtdir: 

"Xüsusilə ibtidai təhsildə bu məsələ daha da önəmlidir. Fənnin adı “ibtidai təhsil”, müəllimin vəzifəsi “ibtidai təhsil üzrə müəllim” adlansa da, faktiki olaraq Azərbaycan dili fənninin tədrisinə də məhz həmin müəllim cavabdehdir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO