Honkonqdakı yanğında ölənlərin sayı 128 nəfərə ÇATDI

Honkonqdakı yanğında ölənlərin sayı 128 nəfərə ÇATDI

Hazırda oxunan: Honkonqdakı yanğında ölənlərin sayı 128 nəfərə ÇATDI
582828
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Honkonqakı yaşayış kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb. Ölənlər arasında yanğınsöndürənlərin də olduğu bildirilir.

Bizim.Media xəbər verir ki, bu barədə şəhərin təhlükəsizlik bürosunun rəhbəri Kris Tan mətbuat konfransında deyib.

Yerli medianın məlumatına görə, çox sayda insan hələ də itkin düşmüş sayılır və bu səbəbdən ölənlərin sayının artacağı istisna olunmur.

Qeyd edək ki, noyabrın 26-da Honkonqun şimalında yerləşən Tay Po rayonundakı səkkizbloklu, 1900 mənzilli “Van Fuk Kort” yaşayış kompleksində yanğın binanın üzlüyünün yenilənməsi zamanı baş verib. Bambuk materialdan hazırlanan ayaqaltılardan başlayan yanğın qısa müddət ərzində genişlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO