Bu ərazidə uşaq meydançasının yerində bina tikiləcək? - VİDEO

Bu ərazidə uşaq meydançasının yerində bina tikiləcək? - VİDEO

Hazırda oxunan: Bu ərazidə uşaq meydançasının yerində bina tikiləcək? - VİDEO
582433
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Novruz Novruzov və Axundzadə küçələrinin kəsişməsində meydança ərazisinin tikinti şirkəti tərəfindən zəbt olunaraq bina inşa olunacağı deyilir.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, ərazidə bünövrə qazılıb və xətlənib.

Sakinlər iddia edirlər ki, uşaqların oyun meydançası olan ərazini kənar şəxslər zəbt ediblər.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazi xüsusi mülkiyyətdir. Buna baxmayaraq, araşdırmalara başlanılıb, sakinlərin müraciəti əsasında qazıntı işləri dayandırılıb.

Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib ki, ərazinin çıxarışı var.
 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib ki, sakinlərdən daxil olan müraciət əsasında mülkiyyətçinin apardığı işlər dayandırılıb. Hazırda məsələ araşdırılır və nəticələrinə uyğun olaraq aidiyyəti qurumlar uyğun addım atacaq.


Sözügedən ərazinin mülkiyyyətçisi Süleyman Səmədoğlu deyib ki, həmin ərazidə bina yox, fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO