“Ticarət Şəbəkələrinin İnkişafı” İB “Türkiye Gıda Perakendecileri Derneği” ilə niyyət protokolu İMZALADI – FOTO

“Ticarət Şəbəkələrinin İnkişafı” İB “Türkiye Gıda Perakendecileri Derneği” ilə niyyət protokolu İMZALADI – FOTO

Hazırda oxunan: “Ticarət Şəbəkələrinin İnkişafı” İB “Türkiye Gıda Perakendecileri Derneği” ilə niyyət protokolu İMZALADI – FOTO
581357
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

11-ci Birgə İnkişaf Konqresində (11. Ortak Gelişim Kongresi) iştirak edən "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi tədbir çərçivəsində “Türkiye Gıda Perakendecileri Derneği” ilə niyyət protokolu imzalayıb.

Bizim.Media xəbər verir ki, sözügedən sənəd tərəflər arasında pərakəndə sektorunda əməkdaşlığın genişləndirilməsini, bilik və təcrübə mübadiləsini, birgə işçi qruplarının yaradılmasını və sektoral inkişafı dəstəkləyən tədbirlərin təşkilini nəzərdə tutur.

Protokolun imzalanması, eyni zamanda, gələcək birgə layihələr və institusional əməkdaşlıq üçün mühüm platforma yaradır.
 

Tədbir çərçivəsində GPD sədri Alp Önder Özpamukçu, "Migros" şəbəkələrinin rəhbəri Özgür Tort, "Carrefour" şəbəkələrinin rəhbəri Kutay Kartallıoğlu, “Özay Hukuk" rəhbəri Merter Özay, "HMK" rəhbəri Murat Keklik, "Obase", "Hanshow", "Ucge", "Ülker" şirkətlərinin səlahiyyətli şəxsləri ilə məhsuldar müzakirələr aparılıb.


Qeyd edək ki, “Gıda Perakendecileri Derneği” (GPD) Türkiyədə müasir qida pərakəndəçiliyini təmsil edən mühüm ictimai birlikdir. Birliyin üzvləri ölkə üzrə 50 minə yaxın satış nöqtəsinə malikdir və bu müəssisələrdə ümumilikdə 500 minə yaxın insan çalışır.

“Ticarət Şəbəkələrinin İnkişafı” İB “Türkiye Gıda Perakendecileri Derneği” ilə niyyət protokolu İMZALADI – FOTO - foto 1
“Ticarət Şəbəkələrinin İnkişafı” İB “Türkiye Gıda Perakendecileri Derneği” ilə niyyət protokolu İMZALADI – FOTO - foto 2
“Ticarət Şəbəkələrinin İnkişafı” İB “Türkiye Gıda Perakendecileri Derneği” ilə niyyət protokolu İMZALADI – FOTO - foto 3
“Ticarət Şəbəkələrinin İnkişafı” İB “Türkiye Gıda Perakendecileri Derneği” ilə niyyət protokolu İMZALADI – FOTO - foto 4
“Ticarət Şəbəkələrinin İnkişafı” İB “Türkiye Gıda Perakendecileri Derneği” ilə niyyət protokolu İMZALADI – FOTO - foto 5


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO