"Qarabağ"ın rəqibinin baş məşqçisi istirahətə YOLLANDI

"Qarabağ"ın rəqibinin baş məşqçisi istirahətə YOLLANDI

Hazırda oxunan: "Qarabağ"ın rəqibinin baş məşqçisi istirahətə YOLLANDI
580488
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasının növbəti - 5-ci turunda “Qarabağ”ın rəqibi olan “Napoli”nin baş məşqçisi Antonio Konte komandasını qısamüddətlik köməkçisinə həvalə edib.

Bizim.Media xəbər verir ki, baş məşqçi milli komandaların oyunları üçün yaranan fasilə dövründə istirahətə yollanıb.

Klub A Seriyasının 11-ci turunda “Bolonya”ya 0:2 hesabı ilə uduzandan sonra italiyalı mütəxəssis qısamüddətli fasilə götürüb. Onun 17 noyabrda geri qayıdacağı bildirilir.

Məlumata görə, Konte bu bir həftəlik fasiləni öncədən klubla razılaşdırıb. Hazırda o, Turin şəhərindədir. Komandanı məşqlərə baş məşqçinin köməkçisi Kristian Stellini hazırlayır.
 

Qeyd edək ki, İtaliya çempionatında 11 turdan sonra “Napoli” 22 xal toplayaraq turnir cədvəlində 4-cü pillədə qərarlaşıb və liderlər “İnter” və “Roma”dan 2 xal geri qalır. Çempionlar Liqasında isə komanda 4 oyundan 4 xalla 24-cü yerdədir.


Xatırladaq ki, “Napoli” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olacaq. Komandalar arasındakı qarşılaşma noyabrın 26-da (Bakı vaxtı ilə 00:00) İtaliyada baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO