Ərdoğandan MESAJ: “İstədik, vermədilər, biz də özümüz hazırladıq” - VİDEO

Ərdoğandan MESAJ: “İstədik, vermədilər, biz də özümüz hazırladıq” - VİDEO

Hazırda oxunan: Ərdoğandan MESAJ: “İstədik, vermədilər, biz də özümüz hazırladıq” - VİDEO

54241

“Hava Hücumundan Müdafiə sistemləri istədik, vermədilər, biz də ilk etapda başqa ölkədən idxal etdik, hələlik “Hisar”ları hazırlamışıq, yaxın zamanda “Siper”in və digərlərinin də istehsalını tamamlayacağıq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün sosial şəbəkə hesabından paylaşdığı videoçarxda bildirib.

Türkiyə silah sənayesinin inkişafının əks olunduğu görüntülərdə Ərdoğanın səsləndirdiyi fikirlər və verdiyi mesajlar böyük diqqət çəkib.

Xüsusilə də, Türkiyə liderinin yeni qırıcı təyyarənin istehsalının davam etməsi ilə bağlı verdiyi müjdə maraq doğurub:

“Təlim təyyarələrimiz “Hürkuş”un istehsalında tamamlanma işlərinin getdiyi vaxtda, ölkəmizin ilk reaktiv mühərrikə malik olan “Hürjet” təlim təyyarələrinin istehsalı da davam edir. İndi isə sıra ölkəmizin ən vacib silah sənayesi layihələrindən biri olan, ilk milli qırıcı təyyarəmizdədir. Açılışını etmək üçün bir araya toplaşdığımız mühəndislik mərkəzi sözügedən qırıcı təyyarə layihəmizin qəlbi olacaq”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO