İran almalarından görün nə çıxır - VİDEO

Hazırda oxunan: İran almalarından görün nə çıxır - VİDEO

53945

Ötən günlərdə İrandan bir sıra ölkələrə ixrac edilən kənd təsərrüfatı məhsulları həmin ölkələr tərəfindən geri qaytarılıb.

Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, Rusiya, Hindistan, Özbəkistan, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan kimi bir sıra ölkələr İrandan alınan məhsulları sərhəddən geri qaytarıb.

İranın yetişdirdiyi kənd təsərrüfatı məhsullarında həddindən artıq kimyəvi maddələr və zəhərli gübrələrin olması həmin məhsulların geri qaytarılmasının əsas səbəblərindəndir.

İranda vətəndaş tərəfindən çəkilən videodan da göründüyü kimi, İrana geri qaytarılan almaların üzərindən zəhərli kimyəvi məhsullar çıxır.

Qeyd edək ki, bir müddət öncə sosial mediada İrana geri qaytarılan həmin zəhərli məhsulların "kömək" adı altında əhaliyə satılmasını göstərən videolar yayılıb və insanlar tərəfindən narazılıqla qarşılanıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO