ÜST nümayəndəsi Gəncəyə getdi

Hazırda oxunan: ÜST nümayəndəsi Gəncəyə getdi

4705

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Gəncəyə gedib.

Bizim.Media-ya Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə Harmancı  COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində  keçirilən tədbirlərlə maraqlanıb, öz tövsiyələrini verib. 

Hande Harmancı yeni növ koronavirus infeksiyası ilə mübarizə çərçivəsində Gəncədə həyata keçirilən tədbirləri təqdirəlayiq hesab edib.

O bildirib ki, COVID-19-a qarşı vaksinin Azərbayacana gətirilməsi istiqamətində TƏBİB və Səhiyyə Nazirliyi ilə müvafiq  işlər aparırlır.

Yeni növ koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin önəmənindən danışan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi bir sıra məsləhətlər də verib. O, gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskalardan istifadənin, insanlar arasında sosial məsafənin saxlanılmasının önəmindən danışıb.

Hande Harmancı mənzillərdə otaqların havasının tez-tez dəyişdirilməsini tövsiyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO