Hindistanda naməlum xəstəlik tüğyan edir - Xəstə sayı 500-ə çatıb    

Hazırda oxunan: Hindistanda naməlum xəstəlik tüğyan edir - Xəstə sayı 500-ə çatıb    

4587

Hindistanda naməlum xəstəlikdən əziyyət çəkənlərin sayı durmadan artır.

Bizim.Media xəbər verir ki, bu barədə Hindistan TV məlumat yayıb. Son rəsmi açıqlamada xəstəliyə 500-dən çox insanın tutlduğu bildirlib.

Onlar eyni simptomlarla xəstəxanaya yerləşdirilib. Yerli həkimlər və beynəlxalq tibbi eskpertlər vətəndaşların hansı xəstəliyə yoluxmasını aşkar etməyə çalışırlar.

Qeyd edək ki, xəstəliyin əsas simptomları ürək bulantısı, başgicəllənmə və epilepsiyadır. Bundan başqa xəstələr qəflətən huşunu itirmə, ağızda köpüklənmə və titrəmə hallarından da şikayət edirlər.

Xatırladaq ki, dekabrın 7-də naməlum xəstəlikdən əziyyət çəkənlərin sayı 350-dən çox idi. Həkimlər qan testləri və beynin tomoqrafiyasını aparsalar da, ani xəstəliyin səbəbini hələ müəyyənləşdirə bilməyiblər.

Xəstələrdə beyin-onurğa mayesi analizi də normal olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO