DİM bu vəzifələr üzrə test imtahanının nəticələrini AÇIQLADI

Hazırda oxunan: DİM bu vəzifələr üzrə test imtahanının nəticələrini AÇIQLADI

43030

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirilib. İmtahanın nəticələri DİM-in saytında yerləşdirilib.

Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bizim.Media xəbər verir ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1595 namizəddən 47 nəfər imtahana gəlməyib.

İmtahanın nəticələrinə əsasən, BA1 altqrupu üzrə 11 nəfər, BA2 altqrupu üzrə 16 nəfər, BA3 altqrupu üzrə 40 nəfər, BA4 altqrupu üzrə 52 nəfər, BB1 altqrupu üzrə 94 nəfər, BB2 altqrupu üzrə 101 nəfər, BB3 altqrupu üzrə 118 nəfər, BB4 altqrupu üzrə 185 nəfər olmaqla ümumilikdə 617 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir. 

İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 25-26-da saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO