Azərbaycanlı jurnalistdən Türkiyə kanalında yeni layihə - Poster - VİDEO

Hazırda oxunan: Azərbaycanlı jurnalistdən Türkiyə kanalında yeni layihə - Poster - VİDEO

43013

Azərbaycanlı telejurnalist Nərmin Balayeva Türkiyənin Haber Global kanalında yeni "Poster" proqramı ilə tamaşaçılarının görüşünə gəlir.

Bu barədə aparıcı özü Bizim.Media-ya məlumat verib.

O, proqramın tezliklə öz rəngarəngliyi ilə tamaşaçı rəğbətini qazanacağına ümid etdiyini deyib.

""Poster"də sənət haqqında danışacağıq. Bundan başqa verilişdə son dəb trendlərindən, gözəllik sirrləridən də söz açacağıq. Sonda isə dünyanın müxtəlif ölkələrindən olan sənət adamları ilə söhbət edəcəyik. İlk Müsahiblərim Türkiyənin məşhur incəsənət xadimləri Orxan Gencebay və Erdal Beşikci oldu.
 

Daha sonra "Netflix"də yayımlanan məşhur "Kağız ev" ( La casa de papel) serialında baş rollarından biri olan "Berlin" obrazını canlandıran aktyor  Pedro Alonso Ocaro ilə maraqlı söhbətimiz oldu. Proqramın çox maraqlı olacağına söz verirəm".


Sonda Nərmin Balayeva Azərbaycan tamaşaçılarını də hər şənbə günü, Bakı vaxtı ilə saat 18:30-da Haber Global ekranlarında "Poster" verilişini izləməyə dəvət edib.

Vüsalə Balayeva, Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO