Əfsanəvi azərbaycanlı kinorejissorun oğlu Londonda MÜKAFAT ALDI - VİDEO

Hazırda oxunan: Əfsanəvi azərbaycanlı kinorejissorun oğlu Londonda MÜKAFAT ALDI - VİDEO

42050

Kino ilə maraqlananlar Cəfər Pənahinin kim olduğunu bilirlər. İranın ən böyük kinorejissorudur və milliyyətcə azərbaycanlıdır. Filmləri Kann (1995; Ağ Top filmi), Lokarno (1997; Güzgü filmi), Venesiya (2000; "Dairə" filmi) və Berlinale (2006; "Ofsayd" filmi) film festivallarında nüfuzlu beynəlxalq film mükafatlarına layiq görülüb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya xarici mətbuatda yer alıb.

Mənbə yazır ki, son bazar günü məlum olub ki, Cəfər Pənahinin oğlu Pənah Pənahinin "Yolda" debüt filmi London Film Festivalında birinci mükafatı qazanıb.

Pənahi qısa video mesajında festivalın təşkilatçılarına, ata-anasına və eyni zamanda kino çəkilişində operator kimi çalışan bacısı Solmaza təşəkkür edib.

"Yolda" filmi kiçik minik avtomobili ilə səhralıqda hansısa məqsədinə çatmaq üçün yol gedən iranlı bir ailənin həyatından bəhs edir. Cəfər Pənahi filmin prodüseri kimi göstərilib.

Xatırladaq ki, Pənahın atası Cəfər Pənahi İranda "Hökumət əleyhinə fəaliyyətlərə" və 2009-cu il seçkilərinin rəsmi nəticələrinə qarşı keçirilən etiraz aksiyalarına qatıldığına görə 6 il həbs cəzasına məhkum edilib (sonradan ev dustaqlığı ilə əvəz olunub). Pənahiyə 20 il ərzində film çəkmək və müsahibə vermək qadağan edilib. Ev həbsində olan Cəfər Kann Film Festivalında nümayiş olunan “Bu film deyil” sənət əsərini yaradıb.  

Çəkilişlərə qadağa qoyulmasına baxmayaraq, 2013-cü ildə rejissorun bağ evində lentə alınan "Bağlı pərdə" filminin qalası Berlində baş tutub.

Film Berlinaledə “Ən yaxşı ssenari” nominasiyasında qalib olub. 2015-ci ildə yeni əsəri olan "Taksi" eyni festivalda "Qızıl Ayı" mükafatını alıb. 2018-ci ilin may ayında 71-ci Kann Beynəlxalq Film Festivalında rejissor "Üç sifət” filminə görə ən yaxşı ssenari mükafatını qazanıb. Həmin vaxt o, İranda ev dustağı olub.

Sözügedən filmin treylerini təqdim edirik: 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO