Dünyada 40 milyon insan köləliyə məruz qalır

Hazırda oxunan: Dünyada 40 milyon insan köləliyə məruz qalır

4053

Dünyada 40 milyondan çox insan müasir köləliyə məruz qalır. Onların 71 %-i qadınlardır.

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin Köləliyin Ləğv Edilməsi Uğrunda Beynəlxalq Mübarizə Günü ilə bağlı yaydığı bəyanatda deyilir.

“Bu gün 40 milyondan çox insan müasir köləliyin qurbanlarıdır. Qadın və qızlar bu rəqəmin 71%-ni təşkil edir”, - o deyib.

Quterreş bildirib ki, gender bərabərsizliyi ayrı-seçkiliyin nümunəsini daha da gücləndirir.

O, BMT-nin bütün üzvlərini bu iyrənc təcrübələrə son qoymaq üçün daha çox səy göstərməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO